Nazarbayevin keçmiş kürəkəni müxalifət liderinin qətlində əsas şübhəli şəxsdir

Rakhat Aliev

-
Qazaxıstan prezidenti Nazarbayevin keçmiş kürəkəni Rakhat Aliev 2006-cı ildəki siyasi qətldə əsas şübhəli elan oilunub. Qazaxıstanın baş prokurorluğu və ABŞ-ın Qazaxıstandakı səfiri John Ordway bildiriblər ki, müxalifət lideri Altynbek Sarsenbaiulynun qətli ilə bağlı yeni istintaqa ehtiyac var, buna səbəb ABŞ-ın Federal Təhqiqat Bürosundan alınmış dəlillərdir ki, qətlə göstərişi Rakhat Aliev verib.

Müxalifət lideri və onun iki köməkçisi 2006-cı ilin fevralında Almatı yaxınlığında öldürülüb.

Qətlin istintaqı onun sifarişli olduğunu göstərirdi. Qazaxıstan parlamenti aparatının rəhbəri Erjan Otembaev bu qətlə sifariş vermək ittihamı ilə 20 il həbsə məhkum olunub.

2007-ci ildən Avropada sürgündə yaşayan Rakhat Aliev 2006-cı ildə Qazaxıstanın Milli Təhlükəsizlik Nazirinin müavini idi.