Naxçıvan Dövlət Gömrük Komitəsi M. Seyidovun Türkiyədə saxlanması ilə bağlı məlumat yayıb

Naxçıvan

-
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə saxlanması ilə bağlı məlumat yayıb.

Bildirilir ki, M. Seyidov məzuniyyətdə olub və ailəsinin müalicəsi üçün dekabrın 9-da İstanbula gedib. Polislər onu dekabrın 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdanda Qars Hava Limanında saxlayıb.

Məlumatda deyilir ki, M. Seyidov Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır Vilayət Prokurorluğuna aparılıb.