Serbiyanın Avropa Birliyinə üzlüyü məsələsi yanvarda müzakirə olunacaq

-
Serbiyanın Avropa Birliyinə üzlüyü ilə bağlı danışıqlar gələn ilin yanvarında başlayacaq.

Bunu “Twitter”də Avropa Komissiyasının üzvü Stefan Fule yazıb.

Fule belə bir razılaşmanın dekabrın 17-də Avropa məsələləri üzrə nazirlərlə əldə olunduğunu deyib.

Bundan əvvəl Brüssel bəyan etmişdi ki, Belqradla danışıqlar Kosovo ilə münasibətlərin getdikcə normallaşmasından asılı olacaq.

Belqrad hələ ki, Kosovonun müstəqilliyini tanımaqdan imtina edir.