PKK lideri Abdullah Öcalanın cəzası azala bilər

-
Avropa Məhkəməsi Abdullah Öcalanın cəzasının azaldılması ilə bağlı gələn həftə qərar verə bilər.

PKK lideri Abdullah Öcalanın cəzasının azaldılması tələbi rəsmi Ankaranı narahat edib.
Bu barədə Türkiyənin "Sabah" qəzeti yazıb.

Qəzet yazır ki, əgər Ocalan üçün belə bir qərar verilsə, onda Türkiyə terror ittihamı ilə həbs olunanlara qarşı eyni davranışı göstərmək məcburiyyətində qalacaq.

Amma Avropa Məhkəməsinin belə bir qərarı Öcalanın həbsxanadan azad edilməsi mənasını verməyəcək.

1999-cu ildə Abdullah Öcalana verilən ölüm cəzası 2000-ci ildə ömürlük həbslə əvəzlənmişdi.