Tbilisi prospektində təmirə bağlanan yol açılıb

-
Bakının Tbilisi prospektinin Nəqliyyat nazirliyi binasının yanından 20 yanvar metrostansiyasının yaxınlığındakı dairəsinədək təmirə bağlanılan hissədə hərəkət bərpa olunub. Bu barədə Trend "Azəryolservis" ASC-yə istinadən bazar günü məlumat verir.
Səhmdar cəmiyyəti nümayəndələrinin sözlərinə görə, təmir başa çatıb və hərəkət tam bərpa olunub.