ABŞ mediası xəbər verir ki, İranda yoxa çıxan amerikalı CİA-yə işləyirmiş

ABŞ-ın Vaşinqton Post və Associated Press kimi nüfuzlu mediası xəbər verir ki, 6 il qabaq İranda yoxa çıxan amerikalı Robert Levinson Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) işləyirmiş.

Bundan əvvəl ABŞ rəsmiləri bildirirdi ki, Levinson adi vətəndaş kimi öz işləri ilə bağlı İranın Kiş adasına gedib.

Levinson yoxa çıxandan sonra CİA 10 nəfər işçisini cəzalandırıbmış. Levinsonun yeri indiyədək bilinmir.