Makedoniyada kilsə facebook-a qadağanı götürüb

-
Makedoniyanın Pravoslav Kilsəsi ruhanilərin facebook fəaliyyətinə qadağanı götürüb. Kilsənin katibi cümə axşamı bildirib ki, ruhanilərin facebook-dan istifadəsinə icazə veriləcək, ancaq məhdudiyyətlər tətbiq olunacaq.

Pravoslav kilsəsi facebook-a oktyabrda qadağa qoyub. Ancaq kilsənin İnternetdə fəal olan gənc əməkdaşları buna qarşı çıxıblar.

Kilsə rəsmilərinin izahına görə, qadağada məqsəd “gənclərlə etiraflar və intim söhbətlərdən ibarət yeni fenomenin” qarşısını almaqdır.

Makedoniyanın 2 milyonluq əhalisinin 67 faizi pravoslav xristianlardır.