Xırdalandakı yanğınla bağlı rəsmi məlumat yayıldı

-
Fövqəladə Hallar Nazirliyi Xırdalanda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Məlumata görə, Xırdalan şəhərində ümumi sahəsi 864 kv.m olan çoxmərtəbəli yaşayış binasının 6-13-cü mərtəbələr arası şaxtadan keçən elektrik kabelləri 21 p.m, 13-cü mərtəbədə (mansarda) ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin və binanın çardağının yanar konstruksiyaları yanıb.

Xilasetmə əməliyyatları nəticəsində binanın qalan hissəsi yanğından mühafizə olunub, ümumilikdə 4 nəfər xilas edilib, 22 nəfər isə təhlükəsiz məsafəyə təxliyə olunub. Əməliyyat saat 19:51-də başa çatıb.