Bakıya ilk qar yağıb

Bakıya ilk qar yağıb

-
Dekabrın 12-də Bakıya ilk qar yağıb. Paytaxrın bəzi küçələrində sıxlıq yaranıb.

Dövlət Yol Polisinin rəisi Vaqif Əsədov sürücülərə xəbərdarlıq edib. O, AzadlıqRadiosuna bildirib ki, belə havalarda sürücülər tələblərə cavab verən nəqliyyat vasitələrinə üstünlük versinlər:

“Bəzi yerlərdə asfalt yollar sürüşkəndir. Səhərdən bir neçə qəza qeydə alınıb. Sürücülər avtomobillərinin texniki baxımdan saz olduğunu yoxlayıb yola çıxsınlar. Avtomobillərin təkərləri mövsümi təkərlər olmalıdır. Tərkibində rezin məmulatları olan təkərlərə üstünlük verilməli, yüksək sürətdən uzaq olmaları xahiş olunur”.

Vaqif Əsədov paytaxtın bəzi yollarında təhlükəli vəziyyətin hələ qaldığını nəzərə alaraq, sakinləri mümkün qədər şəxsi avtomobillərindən az istifadə etməyə çağırıb, əsasən ictimai nəqliyyata üstünlük vermələrini xahiş edib.

Bu arada, Ekologoya nazirlirliyi dekabrın 11-i axşamdan 12-si səhərədək Azərbaycan ərazisində müşahidə olunmuş faktiki hava şəraiti haqqında məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin məlumata görə, 11-i axşamdan 12-si səhərədək hava şəraiti qeyri-sabit olub, əksər rayonlarda yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Qar örtüyünün hündürlüyü Bakıda 6 sm-ə çatıb. Bakı ilə yanaşı bölgələrdə də qar yağıb. Bəzi yerlərdə qarın hündürlüyü 40sm-ə çatıb.

Şimal-qərb küləyinin sürəti Neftçalada 20, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 19-23, bəzi yerlərdə 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metr olub.