Galatasaray - Juventus 1:0

Foto: Arxiv

-
Çempionlar Liqası oyununda Galatasaray Yuventusa qalib gəlib 1:0.

Qolu 85-ci dəqiqədə Sneijder vurub.

Dekabrın 11-də oyun 32-ci dəqiqədən başlanıb. Bir gün əvvəl güclü qar yağdığına görə görüş məhz 32-ci dəqiqədə dayandırılmışdı.

Galatasaray B qrupunda 6 oyundan sonra 7 xal yığıb və 2-ci yerdədir.

Birinci yerdə 16 xalla Real (Madrid) klubudur.