Yushenko dəyirmi masa müzakirəsinə qatılmaqdan imtina edir

Ukraynanın keçmiş prezidenti Viktor Yushenko deyib ki, dəyirmi masa müzakirəsində iştirak etməyəcək.

Yushenko bildirir ki, dekabrın 11-nə keçən gecə polisin nümayişçiləri dağıtması bu müzakirəni gözdən saldı.

Dəyirmi masa müzakirəsini böhrandan çıxmağın yolu kimi keçmiş prezidenti Kravchuk təklif etmişdi.