Cənubi Afrika Nelson Mandela ilə vidalaşır

Nelson Mandelanın tabutu Pretoriyada amfiteatrda qoyulub. Amfiteatrın səhnəsi şəhərin hər yerindən görünür və şəhərin küçələrinə düzülən minlərlə insan Mandelanı görə bilir. Mandela 3 gün amfiteatrda qalacaq, bazar günü isə öz əcdadalarının yanında Qunu şəhərində dəfn olunacaq.

Cənubi Afrikanın ilk qara dərili prezidenti Mandela dekabrın 5-də 95 yaşında vəfat edib.