Ahmet Davutoğlu Ermənistana iki təkliflə gedir

Ahmet Davutoğlu

-
Ahmet Davutoğlu Ermənistana iki təkliflə gedir.

Türkiyənin “Sabah” qəzeti xəbər verir ki, xarici işlər naziri Ahmet Davutoğlu Ermənistanın işğal etdiyi 7 Azərbaycan bölgəsindən ən azı ikisindən çıxmasını istəyəcək. Rəsmi Ankara bunun əvəzində Türkiyə ilə sərhədlərin açılmasını vəd edir.

Ahmet Davutoğlu dekabrın 12-də Qaradəniz İqtisadi İşbirliyi toplantısı çərçivəsində Yerevana yola düşəcək.

Onun prezident Serj Sarkisyan və ermənistanlı həmkarı Eduard Nalbandyanla görüşü nəzərdə tutulur.

Gözlənir ki, Ahmet Davutoğlu Ermənistandan 1993-de işğal etdiyi Ağdam, Kəlbəcər, Laçın, Cəbrail, Füzuli, Qubatlı və Zəngilan olmaqla 7 rayondan ən azı ikisindən çəkilməsini istəyəcək. Türkiyə bunun əvəzində Ermənistanla sərhədlərin qarşılıqlı açılmasını təklif edir. Diplomatik çevrələr Davutoğlunun bu təklifinin Ermənistan üçün önəmli fürsət kimi dəyərləndirirlər.