Avropa Birliyi- Azərbaycan Əməkdaşlıq Şurasının iclası olacaq

-
Dekabrın 9-da Brüsseldə Avropa Birliyi - Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçiriləcək. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Xəbəri XİN-in mətbuat xidməti yayıb.

Avropa Birliyini hazırda qurumun sədri qismində çıxış edən Litva Respublikası və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Stefan Füle təmsil edəcək.

Rotasiya prinsipi üzrə iclasa Azərbaycan sədrlik edəcək.

İclas zamanı Ermənistan-Azərbaycan münaqişəsi, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, AB yardım proqramlarının və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənir.