İntihar etdiyi güman edilən hərbçilərin siyahısı açıqlanıb

-
2013-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayı 78 nəfərdir. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin araşdırmalarına görə, onlardan 16 nəfərinin intihar etməsi ehtimalı var.
Mərkəz dekabrın 7-də həmin hərbçilərin adları olan siyahını facebook səhifəsində paylaşıb.
"Doktrina" JHAM direktoru Cəsur Sümərinli bildirib ki, həmin hərbi qulluqçuların ölüm səbəbləri ilə bağlı Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə dürüst məlumat verilməlidir.