Avropada qasırğadan 6 adam ölüb

Avropada güclü küləkdən və qasırğadan ölənlərin sayı 6-ya çatıb. Britaniyada küləyin sürəti saatda 225 km olub. Külək yük maşınını çevirib, sürücüsü həlak olub. Britaniyada bir kişi yıxılan ağacın altında qalaraq ölüb. Danimarkada külək maşını çevirib və sürücü qadın həlak olub.

Polşada külək ağacları aşırıb, 3 adam ölüb. Polşada 100 min adam işıqsız qalıb. Polşada bəzi daxili uçuşlar dayandırılıb.