Ukraynada gərginlik qalır

-
Ukraynada qarşıdurma davam edir. Avropa tərəfdarı olan etirazçılar hökumət binalarını blokadada saxlayacaqlarına and içirlər. Hakimiyyət aksiyanın dağıdılacağı barədə xəbərdarlıq edib.

Kiyev polisinin rəhbəri Valery Mazan hədələyib ki, etirazçılar hökumət binalarının blokadasına bazar ertəsinəcən son qoymağa dair məhkəmə qərarına əməl etməsələr, qüvvələri hərəkətə keçəcək.

Baş nazir Mykola Azarov etirazçıları “nasist” və “ekstremist” adlandırıb, baş nazirin müavini Serhiy Arbuzov isə müxalifətin erkən seçki tələbəni rədd edib.

Qərb ölkələrinin xarici işlər nazirləri Kiyevdə ATƏT-in görüşündə etirazçılara dəstək bildiriblər. Etirazçılar hökumətin istefasını tələb edir. Prezident Viktor Yanukovych Rusiyanın təzyiqi altında Avropa Birliyi ilə ticarət və assosiasiya sazişi imzalamaq planından əl çəkib.