Nigar Rəfibəyli bu dəfə Berlində anılacaq

Nigar Rəfibəyli

-
Dekabrın 9-da Berlindəki Humboldt Universitetinin Ziyafət salonunda görkəmli Azərbaycan şairəsi Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş “Məlum olmayan həqiqətlər” adlı ədəbi-bədii gecə keçiriləcək.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tədbir Almaniya Azərbaycanlıları Əlaqələndirmə Mərkəzinin, Humboltd Universitetinin Azərbaycan tarixi kafedrasının, Azərbaycan-Avropa Cəmiyyətinin (TEAS) təşkilatçılığı və ARDNŞ-in Almaniyadakı nümayəndəliyinin dəstəyi ilə baş tutacaq.

Xəbərdə bildirilir ki, gecədə Nigar xanımın şeirləri və sözlərinə yazılmış mahnılar səslənəcək.

Ötən həftə Nigar xanım Rəfibəylinin yubileyi Dövlət Filarmoniyasında qeyd olunmuşdu.