BP-də yeni təyinat

Arxiv foto

-
Tony Hunt Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üçün dəniz əməliyyatları üzrə vitse-prezident təyin olunub. Vəzifəsinin icrasına dekabrın 15-dən başlayacaq 15 dekabr 2013-cü il tarixindən başlayacaq. Tony Hunt AGT regionunun dənizdəki əməliyyatlarının təhlükəsiz, tələblərə uyğun və etibarlı şəkildə həyata keçirilməsinə cavabdeh olacaq.
Son təyinatdan əvvəl bu postda Mark Thomas çalışıb. O, Hyustondakı texniki funksional bölmələr üzrə vitse-prezident vəzifəsinə təyin olunub.
Tony Hunt BP şirkətindəki 29 illik karyerası ərzində əməliyyatlar üzrə çoxsaylı vəzifələrdə, o cümlədən Böyük Britaniyada və Anqolada dənizdə və quruda əməliyyatlar üzrə rəhbər vəzifələrdə çalışıb. Tony Azərbaycandakı vəzifəsinə hazırda Luandada tutduğu sualtı əməliyyatlar üzrə menecer vəzifəsindən təyin edilib.