Tarif Şurası son tarif dəyişikliyindən sui-istifadə edənlərə xəbərdarlıq edib

Foto arxiv

Sərnişin nəqliyyatı, o cümlədən Bakı Metropolitenində gediş haqqının artırılması ilə bağlı Tarif Şurana müraciət edilməyib.

Tarif Şurasından APA-ya verilən məlumata görə, bu məsələ Taarif Şurasının gündəliyində olmayıb.

Tarif Şurası son tarif dəyişikliyindən sui-istifadə edənlər barədə ciddi ölçülər götürüləcəyini xəbərdarlıq edib.