“Yazı” jurnalının yeni sayı gəldi

-

Araz Gündüzün tərcüməsində bu ilki Nobel mükafatçısı Alice Munro-nun iki hekayəsi, bundan başqa Borges-dən, Joyce-dan, Marquez-dən, Platonovdan çevirmələr...

Bütün bunları 8-ci sayında “Yazı” ədəbiyyat dərgisi oxucularına təqdim edir.

Bu sayda Fərhad Yalquzağın “Dumana qarşı”,  Ramilə Qurbanlının  “Müharibə minatürləri” romanları,  hərbu jurnalist Vahid Məhərrəmlinin  “Ölüm vaxtı” povesti,  bir də Ataqam, Sevinc Elsevər, Ümbülbanu, Mübariz Örən, Həmid Piri, Məhbubə və Azad Qaradərəlinin  hekayələri də yer alıb.
      
Poeziya bölümündə isə Elşən Əzim, Yasemin Pulat, Fikrət Şahbazlı, Taleh Eminoğlu  və Aynur Caviddən şeirlər oxuyun.

Niyazi Mehdinin, Mətanət Vahidin, Kənan Hacının  elmi-tənqidi  yazıları da 8-ci sayda!         
      
Bir də rəssam Nəvai Metinin  rəsmləri...

“Yazı” dərgisinin yeni sayını “Azərmətbuatyayımı” və “Qasid”in  köşklərindən əldə etmək mümkündür.