ABŞ dövlət katibinin Avropa və Yaxın Şərqə səfəri başlayıb

ABŞ dövlət katibi John Kerry-nin Avropa və Yaxın Şərqə səfəri başlayıb. O, Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Görüşün gündəliyində duran əsas məsələlərdən biri Əfqanıstandır.

John Kerry - nin planı dəyişib, o, Kiyevdə ATƏT nazirlərinin 20-ci görüşünə qatılmayacaq, əvəzində Moldovaya gedəcək.

Dövlət Departamentinin sözçüsü Jen Psaki Kerry-nin Ukraynaya səfərinin təxirə salınmasının Yanukoviçin Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamamağı ilə bağlılığı varmı sualını şərh etməkdən imtina edib.

Kerry Yerusəlim və Ramallaya da səfər edecək.