Sumqayıtda bir nəfər torpaq uçqunu altında qalıb

-
Dekabrın 1-də Sumqayıtda bir nəfər torpaq uçqunu altında qalıb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə gəlib. Məlum olub ki, kanalizasiya xətti çəkilən zaman torpaq sürüşməsi baş verib. 1 nəfər fəhlə torpaq uçqunu altında qalıb. Xəsarət alan şəxs çıxarılıb.
Əməliyyat saat 13:40-da başa çatıb.
Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.