Vüqar Bayramov həmsədr seçilib

-
Noyabrın 30-da Vilnüsdə keçirilən İdarə Heyətinin toplantısında Azərbaycan Milli Platformasının əlaqələndiricisi Vüqar Bayramov Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri seçilib.

Bu barədə «Facebook» profilində həmin tədbirdə iştirak edən iqtisadçı Qubad İbadoğlu məlumat yayıb.

O, Vüqar Bayramovun bu vəzifəni daşıyan ilk Azərbaycanlı olduğunu bildirir.