Vilnüs sammitində Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü alqışlanıb

Foto arxiv .Vilnüs sammiti

Vilnüsdə keçirilən "Şərq tərəfdaşlığı" sammitində Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü alqışlanıb.

Bu barədə sammitin birgə bəyanatında bildirilir.

Sammit iştirakçıları prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı sülh danışıqlarını davam etdirmək qərarını alqışlayıb və bu cür münaqişələrin tezliklə beynəlxalq norma və prinsiplər əsasında həllinin vacibliyini vurğulayıblar.