Tovuzda fermer təsərrüfatı və daş karxanalarına böyük investisiyalar ayrılır

Tovuzda fermer təsərrüfatı və daş karxanalarına böyük investisiyalar ayrılır.

Bu barədə Tovuz rayon İcra hakimiyyətinin başçısının müavini Mahir Həsənov məlumat verib. Bildirib ki, investisiyalar Sahibkarlığa Kömək Milli Fondu tərəfindən veriləcək. Lakin investisiyaların məbləği işin icrası zamanı açıqlanacaq.

Bundan başqa İqtisadiyyat və Sənaye Nazirliyi qərb bölgəsində olarkən bildirib ki, müasir çörək zavodunun, kiçik və ya orta həcmli çörək istehsalı müəssisələrinin, üzümçülük, kartofçuluq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması nəzərdə tutub.

M.Həsənov deyir ki, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.