Dəməşqdə Rusiya səfirliyinin yerləşdiyi rayon atəşə tutulub

Dəməşq

Dəməşqdə Rusiya səfirliyinin yerləşdiyi rayon minatandan atəşə tutulub.Nəticədə 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarından xəsarət alan olmadığını xəbər verir.Ölən Suriya vətəndaşıdır.Xəsarət alanlar arasında səfirliyin yerli mühavizəçiləri də var.

Məlumata görə səfirliyin binasına cüzi zərər dəyib.