Pakistan ordusuna yeni komandan təyin edilib

Raheel Sharif

General-leytenant Raheel Sharif Pakistanın ordu komandanı təyin edilib.

O mötədil siyasətçi hesab olunur və daxili radikal islamçılardan gələn təhlükəni rəqib Hindistandan gələn təhlükədən az hesab eləmir.

Baş qərargah rəisləri birləşmiş komitəsinə isə general Rashid Mahmud təyin edilib. Bu qurum bütün silahlı qüvvələrə nəzarətlə məşğuldur.