Azərbaycanla İran arasında müzakirələr olacaq

İran və Azərbaycan sərhədçilərinin müştərək komissiyasının iclasının bu ilin dekabr ayında keçirilməsi planlaşdırılır.

APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Mohsen Pak Ayin noyabrın 27-də keçirdiyi mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, iclasda Culfa sərhəd keçid-məntəqəsində yeni körpünün istifadə edilməsi məsələsi müzakirə olunacaq.

Mohsen Pak Ayin deyib ki, Culfa sərhədində köhnə körpünün 30 tondan artıq yük keçirilməsi üçün yararsız olması həm İran, həm Azərbaycan mütəxəssisləri tərəfindən təsdiqlənib:

“Həmin körpü köhnəlib, üzərindən yükü 30 tondan artıq olan maşınların keçməsi təhlükəlidir. İki ölkə arasında razılaşma əldə olunandan sonra yeni körpü istifadəyə veriləcək”.