Tatarstanda 41 yaşlı imama 2 il həbs cəzası qüvvədə qaldı

Kazan məhkəməsi bağlanmış məscidin imamı Rustüm Safinə 2 il həbs cəzasını qüvvədə saxlayıb. Baş prokurorluq bildirir ki, cəzanın icrası başlanıb.

41 yaşlı imam qadağan olunmuş Hizbut Tahrir təşkilatının üzvü olmaqda və əl-İxlas məscidində bu təşkilatın ekstremist baxışlarını təbliğ etməkdə günahkar bilinib.