Karzai ABŞ-a etibar eləmir

Hamid Karzai

Əfqanıstan prezidenti Hamid Karzai deyib ki, ABŞ-la təhlükəsizlik müqaviləsi imzalanacağı halda, ölkədə 15 minədək ABŞ əsgəri qalacaq.O bunu bu gün Loya Cirgə-Ağsaqqallar şurasının sesiyasında çıxış edərkən deyib.

O parlamrntə göndərilməzdən qabaq Loya Cirgəni bu sənədi qəbul etməyə çağırıb.
Karzai eyni zamanda Kabillə Vaşinqton arasında bir sıra problemlər olduğunu da qeyd edib.

Təhlükəsialik müqaviləsinə əsasən NATO qüvvələri 2014-cü ildə Əfqanıstanı tərk etdikdən sonra yerli qüvvələrə təlim keçmək və kömək üçün müəyyən sayda ABŞ əsgərləri qalmalıdır.

ABŞ Dövlət katibi John Kerri bu müqavilənin mətninin prezident Karzai ilə razılaşdırıldığını deyir.