Gülər Əhmədovanın məhkəmədə vəziyyəti pisləşib

Sabiq deputat Gülər Əhmədova

-
Noyabrın 21-də sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Proses başlamazdan əvvəl Gülər Əhmədovanın vəziyyəti pisləşib, ürəyi gedib. O, məhkəmə nəzarətçilərinin köməyi ilə zaldan çıxarılıb. Təcili yardım çağırılıb.
Bu səbəbdən də proses noyabrın 25-nə təxirə salınıb.

Sabiq millət vəkili bu ilin fevralın 13-də G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Prokuror məhkəmədən Gülər Əhmədovaya 4 il həbs istəyib.

Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.