İsrail Azərbaycana viza rejimini asanlaşdırır

Foto arxiv

-
Yaxın zamanlarda diplomatik və xidməti pasportları olan Azərbaycan vətəndaşlarının İsrailə vizasız gediş-gəlişi barədə müqavilə imzalanacaq.

Bunu jurnalistlərə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz deyib. O qeyd edib ki, Hazırda İsrailə xeyli sayda azərbaycanlı səfər edir və Azərbaycan bizim üçün çox önəmli olduğundan, çox yaxın zamanlarda vizasız rejim tətbiq ediləcək.