Masud Barzani türklərlə kürdlərin sülh prosesinə inanır

Kürd müğənni Shivan Perwer, İraq kürdlərinin lideri Massud Barzani və baş nazir Recep Tayyip Erdogan Diyarbəkirdə görüş zamanı

-
İraqın kürd regionun rəhbəri Türkiyə kürdlərini Ankaranın qaldırdığı sülh bayrağını dəstəkləməyə çağırıb.
Noyabrın 16-da Türkiyənin Diyarbakır şəhərinə gələn Masud Barzani burda ölkənin baş naziri Tayyip Recep Erdoganla görüşüb.
Minlərlə adam Barzani və Erdoganı dinləmək üçün toplaşıb.
Barzani deyib ki, Erdogan sülh üçün «çox cəsarətli addlm» atıb. O bildirib ki, «kürd və türk qardaşlar»ın sülh prosesinə dəstək verəcəyinə inanır.
Erdogan isə deyib ki, Kürd Fəhlə Partiyası ilə onillərlə çəkən münaqişə də «dönüş nöqtəsinə» gəliblər.
Son 20 ildə ilk dəfə bölgəyə gələn Barzaninin səfəri Türkiyənin İraq Kürdistanına milyardlarla dollarlıq enerji yatırımı etdiyi vaxta təsadüf edir.

Görüşdən sonra liderlər İbrahim Tatlısəs və kürd müğənni Shivan Perwerin ifasında kürd və türk mahnılarını dinləyiblər.