Daxili Qoşunların yeni komandanının adı açıqlandı

-
General-mayor Şahin Məmmədov Daxili Qoşunların komandanı təyin edilib.

Bu haqda Trend-ə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Şahin Məmmədov bundan əvvəl Daxili Qoşunların qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb.

Daxili Qoşunların sabiq komandanı Zakir Həsənov bir müddət əvvəl müdafiə naziri təyin edilib.