Siemensin "Qanlı Körpü" mirası.

XIX əsrin ortalarında Gədəbəydə mis filizi yataqları kəşf edildikdən sonra 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən tikilir, 1865-ci ildə həmin zavod alman sahibkar Fon Siemens tərəfindən alınaraq istifadə edilir.

Həmin ərəfədə yolların əlverişsizliyindən Siemens şirkəti Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 km olan və Gədəbəy-Qalakənd arasında fəaliyyət göstərən dəmir yolu çəkdirir. 4 lokomativ və 33 vaqonun hərəkət edəcəyi dəmir yolu üçün əlavə olaraq daş körpülər salınır.

Siemensin o günləri və fəaliyyətini xatırladan bu körpülər indi tarixi abidələr kimi dayanır. Amma əksəriyyətimizin gözlərindən qıraq yerdə.

Gədəbəydə rayon mərkəzindən Miskinli kəndi istiqamətdə Düzyur kəndi yaxınlığında əsas yoldan sağ istiqamətdə təqribən bir km uzaqlıqda belə körpüləri görmək mümkündür.

İrili - xırdalı təqribən 6-7 körpünün bəziləri sağ-sağlam ayaq üstdə dayanır.

Bəziləri isə artıq çökmək ərəfəsindədir.

150 ilə yaxın yaşı olan bu tarixi abidələrin varlığından sadəcə yaxın kənd sakinlərinin xəbəri var.

Bu körpülər arasında xüsusi seçilən el içində Qanlı Körpü adlanan körpü. Yeddi tağlı bu körpünün adının qanlı olması deyilənə görə bu bədbəxt hadisədən götürülüb: Mədəndən fəhlələrlə dolu qatar qayıdarkən bu körpü üzərindən aşıb və fəhlələrin hamısı vəfat edib. Qanlı Körpü bu hadisəyə xatırlamadır.

Qanlı Körpü.

Qanlı Körpü üzərində şəkil çəkdirən əməkdaşlarımız.