Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Foto arxiv

Gələn ildən Azərbaycanda qadınların pensiya yaşı artırılacaq.

Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev Milli Məclisdə çıxış edərkən qadınlar üçün pensiya yaşının 2014-cü ildən 59 yaş yarım olacağanı bildirib.

O, pensiya üçün tələb olunan sosial sığorta stajının isə dəyişməyəcəyini qeyd edib.

Hazırda Azərbaycanda qadınlar üçün pensiya həddi 55 yaşdır.