Ermənistan parlamentinin əksər üzvü Dağlıq Qarabağın tanınmasına qarşı çıxıb

Ermənistan parlamenti

Ermənistan parlamentindəki fraksiyaların əksəriyyəti Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı səsvermədə iştirakdan imtina ediblər.Səsvermədə 131 deputatdan cəmi 11-i iştirak edib, onlardan biri isə bitərəf qalıb.

Məsələnin səsə çıxarılmasını müxalifətdə olan “İrs” partiyası irəli sürüb. Bu bartiyaya keçmiş xarici işlər naziri Raffi Hovanisian rəhbərlik edir.