9 gün əvvəl tutulan fəalların ETTELAAT idarəsində saxlandığı bəlli olub

Azərbaycan milli kimliyi uğrunda dinc mübarizlər, 9 gün əvvəl tutulan fəallar Hüseyn ƏliməhəmmədiTaha Kirmaninin ETTELAAT idarəsində saxlandığı bəlli olub.

“Media forum” saytının məlumatına görə, hər iki fəal ailələrinə zəng vuraraq ETTELAAT-ın Təbriz şöbəsinin idarəsində saxlandıqlarını, hələ də dindirildiklərini bildiriblər.

Təbrizli fəallar onlara konkret hansı ittihamlar irəli sürüldüyünü açıqlamayıblar.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları azərbaycanlı fəallar Hüseyn Əliməhəmmədi və Taha Kirmanini noyabrın 4-də tutub. Hər iki fəalın evində yoxlama aparılıb, onlara məxsus əşyalar götürülüb.