Misirdə 3 aylıq komendant saatı sona çatıb


Misirdə 3 aylıq fövqəladə vəziyyyət və komendant saatı sona çatıb. Bu barədə Qahirə məhkəməsi qərar verib. Qahirə İnzibati Məhkəməsi bu qərarı gözləndiyindən iki gün əvvəl çıxarıb.

Amma hərbi hökumət bu qərarı dərhal yerinə yetirməyəcək. Hökumət bildirib ki, məhkəmədən bildiriş gəlməlidir.

Misirdə prezidetn Morsi tərəfdarları ilə əleyhdarları arasında baş verən qanlı toqquşmalardan sonra favqustun 14-də övqəladə vəziyyət elan edilmişdi.

Həmin toqquşmalarda yüzlərlə adam ölmüşdü, minlərlə adam həbs olunmuşdu.