Mədəniyyətə hər 100 manatdan 1manat 55 qəpik xərclənəcək


"2014-cü il üçün proqnozlaşdırılan dövlət büdcəsinin hər 100 manatından 1 manat 55 qəpik mədəniyyətə, 7 qəpik elmə, 0,8 qəpik korrupsiya ilə mübarizəyə xərclənəcək".
Bunu “Media forum” saytına açıqlamasında İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri, Qubad İbadoğlu deyib:
"Hər 100 manatdan 8 manat 25 qəpik təhsilə, 6 manat 20 qəpik hüquq mühafizə, məhkəmə və prokurorluq orqanlarına, 3 manat 62 qəpik səhiyyəyə, 2 manat 81 qəpik kənd təsərrüfatına, 2 manat 28 qəpik mənzil-kommunal təsərrüfatına, 1 manat 64 qəpik iqtisadi fəaliyyətə xərclənəcək".
İqtisadçı qeyd olunanlarla müqayisədə 2014-cü il üçün proqnozlaşdırılan dövlət büdcəsinin hər 100 manatından 31 manatının tikintiyə xərclənəcəyini bildirir.
"2014-cü il üçün proqnozlaşdırılan dövlət büdcəsinin hər 100 manatından 31 manat 40 qəpiyi tikintiyə, 14 manatı müdafiəyə və xüsusi müdafiə təyinatlı layihələrə, 10 manat 35 qəpiyi sosial müdafiə və təminata, 10 manatı dövlət idarəetməsinə düşür.