Amerikalı hərbçilər flippinlilərə humanitar və tibbi yardım göstərəcəklər


Amerika Birləşmiş Ştatları (ABŞ) Flippin sahillərinə təyyarədaşıyan “George Washington” gəmisini göndərib.

Pentaqondan verilən məlumata görə, “Hayan” qasırğasından zərərçəkənlərə yardım etmək üçün göndərilən gəmidə 5 min hərbçi, təyyarə və vertolyotlar var.

Amerikalı hərbçilər flippinlilərə humanitar və tibbi yardım göstərəcəklər. Təyyarə daşıyan və ABŞ silahlı qüvvələrinə məxsus daha bir neçə gəminin iki gün sonra Flippin sahillərinə çatacağı gözlənilir.

Noyabrın 12-si gecə Rusiya da təbii fəlakət zonasına göyərtəsində xilasedicilər, həkimlər və mobil hospitallar olan iki İl-76 təyyarəsi göndərib.

Flippinə beynəlxalq yardımlar davam edib. Bir neçə gün əvvəl “Hayan” qasırğası Filippində 10 mindən çox adamın ölümünə səbəb olub.