Qazaxıstanda iki bacı kranın başında oturaq etiraz aksiyası keçirir

Foto arxiv

Qazaxıstanın paytaxtı Astanada iki bacı kranın başında oturaq etiraz aksiyasına başlayıblar.

Onlar yeni universitet binasının tikintisi üçün evlərinin sökülməsinə etiraz edirlər. Uşaqları da aksiyaya qoşulan qadınlar prezident Nursultan Nazarbayevə müraciət edərək evlərinin əvəzində onlara verilən kompensasiyanın artırılmasını istəyirlər.