Camus, Stalin və Qaraqan…

Azeri books

-

“XOŞBƏXT ÖLÜM”

Məşhur fransız yazıçısı və filosofu Albert Camus “Qanun” nəşriyyatında çap edilən bu əsərində insanın tədricən yadlaşmasının, özgələşməsinin fəlsəfi-psiхoloji meхanizmini açmağa çalışır.

Əsər bütün həyatı boyu xoşbəxtliyə can atan, ətrafındakıların onu “bədbəxt” adlandırmasına baxmayaraq öz səadətinin ardınca gedən və onu tapan, ona bəxş edilən ömür payını mənən azad, sərbəst yaşamağa çalışan bir insan taleyindən bəhs edir.

Tərcümə Vaqif Azəryarındır.

BEŞ ANONİM MİLYONÇU

Qaraqan yeni trilogiyaya başlayır: “Üç Addım”.

“Birinci Addım” - Qaraqanın öz dilindən danışılan bu kitab dünyəvi dəyərləri araşdırır və Azərbaycan cəmiyyətində uğur qazanmış insanların sirrini açır.

Pul, Uğur və Xoşbəxtlik arasında daha nələr var? Və doğrudanmı bunlar üçün mübarizə aparmaq lazımdır?

"GÖRKƏMLİ İNSAN"

Nəşriyyatın çap etdiyi daha bir kitab sovet lideri, bəzilərinin cəllad, bəzilərininsə dahi rəhbər saydığı İosif Vissarionoviç Stalinə həsr olunub – “Görkəmli insanların həyatından” seriyasında.

Macar alimləri L.Beladi və T.Krausun 1988-ci ildə nəşr olunmuş bu tarixi oçerkində çoxsaylı qərb və Sovet mənbələrindən istifadə edilib.

Kitabda yer almış müddəaların hamısı mübahisəsiz qəbul oluna bilməz. Lakin Stalinin adı ilə əlaqədar Sovet İttifaqının ən mürəkkəb və drammatik dövrünün tərəfsiz dəyərləndirilməsi ilə tanışlıq oxuculara maraqlı olar.

Tərcümə: Abdulhəlim Mikrağvi