Filippindən sonra «Hayan» qasırğası Vyetnama keçib

Filippində dəhşətli qasırğa olub

-
Saatda 157 kilometr sürətlə əsən qasırğa ölkənin şimal hissəsində ən azı 6 nəfərin ölümünə səbəb olub.
Ərazidən 600 min adamın köçürüldüyü bildirilir. Qonşu Çində də əhaliyə xəbərdarlıq edilib. Bir gün əvvəl qasırğa nəticəsində Flippində ölənlərin sayı 10 min nəfərə çatıb.
BMT-nin məlumatına görə, Flippində qasırğadan zərərçəkənlərin sayı 9 milyonu keçib.
Artıq Avropa İttifaqı, ABŞ və BMT Flippinə humanitar yardım göndəriblər. ABŞ ərazidə xilasetmə işlərinə yardım etmək üçün təyyarə və dəniz piyadalarını göndərməyə hazır olduğunu bəyan edib.