İranın nüvə problemi Cenevrədə müzakirə ediləcək

Cenevrədə müzakirələr

-
Bu barədə məlumatı Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi Catherine Ashton deyib. O bildirib ki, üç gündür Cenevrədə keçirilən danışıqlar yekun razılıqla nəticələnməyib. C. Ashton əlavə edib ki, mühüm məsələlər ətrafında proqress əldə olunub, amma hələ də fikir ayrılıqları mövcuddur.
İranın xarici işlər naziri Cavad Zarif görüş barədə danışarkən deyib ki, danışıqlardan məyus deyil. Bildirib ki, dialoq effekli olub və irəli getməyə imkan yaradıb.
ABŞ katibi John Kerry də hazırki nəticədən razıdır. Deyib ki, yekun razılığın əldə olunması artıq yaxındır.
Cenevredə İranın nüvə proqramı ilə bağlı danışıqlar noyabrın 9-da baş tutub. Görüşdə İranın xarici işlər naziri ilə yanaşı İngiltərə, Çin, Fransa, Rusiya, ABŞ və Almaniyadan olan diplomatlar iştirak ediblər.
Qərb ölkələri İranın nüvə silahı istehsal etməsindən şübhələnirlər. İran tərəfi isə iddia edir ki, bütün hazırlıqları sülh xarakteri daşıyır.