Əl Qaidənin lideri Ayman al-Zawahri “İraq İslam Dövləti" qrupunu buraxıb

Ayman al-Zawahri

Əl Qaidənin lideri Ayman al-Zawahri Suriyada mübarizə aparan “İraq İslam Dövləti” qrupunu buraxıb.

Onun cümə günü Əl-Cəzirə televiziyası ilə yayılan bəyanatında bildirilir ki, Suriyada mübarizə aparacaq yeganə qrup Əl Nusra Cəbhəsi olacaq.Al-Zawahrinin yaydığı bəyanatda Əl Qaidənin İraqdakı lideri Abu Bakr al Bagdadinin rəhbərliyin razılığı olmadan “İraq İslam Dövləti” qrupunu yaratmaqla səhvə yol verdiyi bildirilir.

Əl Qaidənin yaraqlıları Suritada Bashar Assad rejiminə qarşı silahlı mübarizə aparır.