Büdcə layihəsini Milli Məclis 3 gün müzakirə edəcək

2014-cü ilin büdcə layihəsini Milli Məclis 3 gün müzakirə edəcək. Bu barədə AzadlıqRadiosuna deputat Zahid Oruc məlumat verib.

Onun bildirdiyinə görə, büdcə layihəsi noyabrın 12, 13 və 14-də müzakirə olunacaq.

Gələn ilin büdcə gəlirlərinin təxminən 18 milyard, xərclərinin 20 milyard manat olması planlaşdırılır.