Zidane Fransa yığmasının baş məşqçisi ola bilər

Zinedine Zidane

“Real” (Madrid) klubunun baş məşqçisi Karlo Ancelottinin köməkçisi Zendine Zidane Fransa yığmasının baş məşqçisi ola bilər.

Qol.Az-ın məlumatına görə, bu hazırda Fransa millisini çalışdıran Didier Deschampsın komandanı dünya çempionatına çıxara bilməyəcəyi halda baş verə bilər.Belə halda Zidane Fransa millisinə məşqçi kimi ən real namizəd sayılır.