Kosovoda yerli seçkilər keçirilir

Kosovo bayrağı

.
Noyabrın 3-də Kosovoda yerli seçkilər başlayıb.

Kosovonun Serbiyadan ayrılmasından sonra etnik serblər ilk dəfədir səs verirlər. Xüsusilə serblərin çoxluq təşkil etdiyi, bu vaxtadək Pristinanın idarəçiliyini qəbul etmədiyi şimal hissədə səsvermə yaxından izlənəcək.
2008-ci ildə etnik alban çoxluğu Kosovonun müstəqilliyini elan edib. Ancaq Serbiya hələ də bu müstəqilliyi qəbul etmir. Ancaq Belqrad Pristina ilə münasibətlərin normallaşdırılmasına dair Avropa Birliyinin əldə etdiyi sazişin bir hissəsi olaraq etnik serbləri səs verməyə çağırıb. Ötən ilin aprelində imzalanmış müqavilə Serbiyanın Brüssellə üzvlük danışıqlarını başlamasına yaşıl işıq yandırıb.
Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton səsverməni “Kosovonun gələcəyində və Kosovo ilə Serbiyanın münasibətlərinin normallaşması prosesində mühüm element” adlandırıb.